
ABŞ Dövlət Departamenti Rusiya, Ukrayna, Çin, İran və Azərbaycandan olan şəxslərə qarşı sanksiyalar tətbiq edir
ABŞ Dövlət Departamenti Rusiya, Ukrayna, Çin, İran və Azərbaycan da daxil olmaqla, bir sıra ölkələrdən olan şəxslərə qarşı korrupsiya və insan haqlarının pozulmasına görə sanksiyaların tətbiq edildiyini açıqlayıb.
Busaat.az xəbər verir ki, bu barədə məlumat departamentin saytında yayılan press-relizdə yer alıb.
Dövlət Departamentinin məlumatına görə, Rusiya Mərkəzi Seçki Komissiyasına və Ukraynada insan hüquqlarının pozulmasında iştirak etdiyi iddia edilən bir sıra şəxslərə, o cümlədən Rusiya Prezidenti administrasiyasının əməkdaşları Oleq Nesterov və Yevgeni Kimə qarşı sanksiyalar tətbiq edilib.
Həmçinin, Kiyev Rayon İnzibati Məhkəməsinin sədri Pavel Vovk və onun iki “yaxın” ailə üzvünə məhkəmə və digər ictimai proseslərə müdaxilə müqabilində rüşvət tələb etdiklərinə görə sanksiyalar tətbiq edilib.
Bundan əlavə, ABŞ Haiti, İndoneziya, Peru və Şri Lankadan olan şəxslərə də məhdudiyyətlər qoyub.
Busaat.az























