
ABŞ Əfqanıstanda İŞİD terrorçusunu məhv etdi
ABŞ hərbçiləri Əfqanıstanda “İslam Dövləti” (İŞİD) terror təşkilatının bir qolu olan “Xorasanda İslam Dövləti” qruplaşmasının yaraqlısına qarşı xüsusi əməliyyat keçirib.
Busaat.az TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələri Mərkəzi Komandanlığının nümayəndəsi Uilyam Urbanın yaydığı yazılı bəyanatda deyilir.
“Bu gün ABŞ-ın hərbi qüvvələri “Xorasanda İslam Dövləti”nin təşkilatçısına qarşı distant əks-terror əməliyyatı həyata keçiriblər”, – Urban bildirib.
“Zərbə Əfqanıstanın Nanqarxar əyalətində pilotsuz uçuş aparatı vasitəsilə endirilib. İlkin hesablamalara görə, biz hədəfi məhv etmişik. Mülki əhali arasında ölən və yaralananlar barədə məlumatımız yoxdur”, – o əlavə edib.























