
ABŞ Ermənistan iqtisadiyyatını gücləndirmək üçün maddi vəsait ayıracaq
ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD) Ermənistan iqtisadiyyatına dəstək üçün yeni proqrama start verməyi planlaşdırır.
Busaat.az xəbər verir ki, bu barədə məlumatı Russia Today xəbər agentliyi yayıb.
“Ermənistan üçün USAİD-in İqtisadi Çərçivə layihəsi Ermənistanın iqtisadi təhlükəsizliyini, eləcə də onun iqtisadi artım dövrlərinin öhdəsindən gəlmək qabiliyyətini gücləndirəcək” –deyə, layihənin qismən təsvirində qeyd olunub.
Proqram 5 il üçün nəzərdə tutulub. Layihənin həyata keçirilməsinə 25 milyon dollar vəsait ayrılması planlaşdırılır.
USAİD qeyd edib: “Ermənistan son illərdə bir sıra böhranlarla, o cümlədən koronavirus pandemiyası ilə üzləşib. 2021-ci ildə nisbətən güclü iqtisadi artımdan sonra Qərbin Rusiyaya qarşı sanksiyaları ölkə iqtisadiyyatı üçün yeni şok olub”.
Əlavə olaraq layihədə iqtisadi zəifliyin əsas səbəblərinə diqqət çəkiləcəyi və Ermənistanın məhz bu cür çağırışlar qarşısında iqtisadi dayanıqlılığını gücləndirəcəyi qeyd olunub.























