Məzmuna keç
  • Azeri Light98.79 $▲0.03%
  • Brent neft91.81 $▼0.71%
  • WTI neft84.23 $▼0.60%
  • Avropa qazı (TTF)83.72 €▼2.06%
  • Təbii qaz (ABŞ)3.192 $▲0.95%
  • Qızıl3 764 $▼0.62%
  • Gümüş45.59 $▼0.48%
  • Pambıq81.30 ¢▼0.06%
  • Buğda604.50 ¢▼0.12%
  • Bitcoin64 693 $▼0.28%
  • Ethereum1 810 $▼0.69%
  • S&P 5007 341▼1.07%
13°Bakı
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
Dünya

ABŞ helikopterləri “Taliban”ın əlində - Video

image-helikopter
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Xəbər verdiyimiz kimi, 20 il əvvəl Əfqanıstana yollanan ABŞ qüvvələri dünən Kabili tam olaraq tərk edib.

Busaat.az-ın məlumatına görə, ABŞ Əfqanıstanda olduğu bu müddət ərzində bu ölkənin təhlükəsizlik qüvvələrinə təlimlər keçib və onları lazımi vasitələr ilə təchiz edib. Lakin indi sözügedən bu əfqan qüvvələrinin geri çəkilməsi nəticəsində “Taliban” hərəkatı milyardlarla dollar dəyərə malik hərbi nəqliyyat vasitələrinə, silahlara sahib olub.

ABŞ mediasında dərc edilən məlumatlara görə, ABŞ Əfqanıstanda olduğu 20 il ərzində əfqan qüvvələrinə təlimlər keçib və onları təchiz etmək üçün 83 milyard dollar xərc çəkib. Əfqanıstanın təhlükəsizlik qüvvələri isə bir güllə belə atmadan paytaxt Kabili “Taliban”a təslim edib.

Ölkə KİV-nin məlumatına görə, ABŞ 4 il əvvəl əfqan qüvvələrinə 208 təyyarə və 75 000 nəqliyyat vasitəsi verib. Bu vasitələrin əksəriyyəti hazırda “Taliban”ın əlinə keçib. Bu nəqliyyat vasitələri sırasında “Black Hawk” helikopterləri və “A-29 Super Tucano” hücum təyyarələri də var.

Hazırda bölgədə lentə alınan görüntülərdən aydın görmək olur ki, “Taliban” hərəkatı nümayəndələri ən müasir helikopterləri idarə etməyə nail olublar. Belə ki, sosial mediada yayılan görüntülərə əsasən, “Taliban” nümayəndələri Qəndahar səmasında ABŞ istehsalı “UH-60 Black Hawk” (Qara Şahin) helikopterləri ilə uçuşlar həyata keçirir. Bu helikopterin dəyərinin 6 milyon dollar olduğu bildirilir.

ABŞ silah-sursatları “Taliban” hərəkatının əlinə keçdikdə bir çox hərbi ekspert hərəkat nümayəndələrinin ABŞ-ın hərbi təyyarə və helikopterlərini idarə edə biləcək resurslara sahib olmadığını bildirirdi. Bu görüntülərin yayılması ilə ekspertlərin bu iddiası özünü doğrultmadı.

https://youtu.be/FcRxi39ISpg

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=56307