Məzmuna keç
  • Azeri Light99.88 $▲0.76%
  • Brent neft96.08 $▲0.47%
  • WTI neft88.92 $▲0.76%
  • Avropa qazı (TTF)89.55 €▼4.43%
  • Təbii qaz (ABŞ)3.242 $▼2.70%
  • Qızıl3 888 $▼0.75%
  • Gümüş48.65 $▼3.17%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.50 ¢▲0.38%
  • Bitcoin68 196 $▼0.04%
  • Ethereum1 928 $▲0.05%
  • S&P 5007 562▼0.40%
8°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

“ABŞ hər iki tərəflə balanslı siyasət aparmalıdır”- Ersin Tatar

image-1654620727_tatar-1
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Kipr Rum Rəhbərliyi “düşmən” olaraq gördüyü Şimali Kipr Türk Respublikası (ŞKTR) və Türkiyəyə qarşı intensiv silahlanma fəaliyyətlərini davam etdirərkən, ABŞ-ın Cənubi Kiprə silah embarqosunu aradan qaldırmaq qərarı qəbuledilməzdir və bu qərarı şiddətlə qınayırıq”.

Busaat.az xəbər verir ki, bu sözləri ABŞ-ın Cənubi Kiprə silah embarqosunu ləğv etmə qərarı ilə bağlı verdiyi yazılı açıqlamada Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar bildirib.

ŞKTR və Türkiyənin Kipr probleminin həllinə müsbət münasibəti qoruduğunu qeyd edən Tatar, ABŞ-ın qəbul etdiyi bu qərarın Kipr probleminin həllinə töhfə verməyəcəyini, əksinə regionda sülh və təhlükəsizliyə mənfi təsir edəcəyini qeyd edib. Tatara görə, ABŞ-ın bu qərarı aqresiv siyasətini davam etdirən Cənubi Kipri daha da həvəsləndirəcək.

Tatar, “Yunanıstanın Türkiyəyə qarşı təxribatçı və aqressiv münasibətini gücləndirdiyi bu günlərdə ABŞ-ın bu qərarı verməsi diqqət çəkir. Bu, təhlükəlidir və gərginlik yarada bilər. İki NATO ölkəsi, Türkiyə ilə Yunanıstan arasında yeni gərginlik, eləcə də qarşıdurma riski yaradır” – deyə bildirib.

“ABŞ-ın qəbul etdiyi bu qərarla ana vətənimiz Türkiyənin bölgədə təhlükəsizliyin qarantı olduğunu təkrar görürük və türk ordusundan imtina edə bilməməyimizin nə qədər doğru və düzgün olduğunu bir daha anlayırıq. Ancaq yenə də, ABŞ-ı məlum qərarı nəzərdən keçirməyə çağırırıq. Kiprdə hər iki tərəf ilə bərabər və balanslı siyasət yürütməyə dəvət edirik” – deyə, Ersin Tatar fikirlərini tamamlayıb.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=85827