ABŞ Hərbi Hava Qüvvələri peyvənddən imtina edən 27 hərbçini işdən çıxardı

image-388803_res_01backend

ABŞ Hərbi Hava Qüvvələri (HHQ) ölkənin silahlı qüvvələrində koronavirusa qarşı peyvənd olunmaqdan imtina edən 27 hərbi qulluqçu ilə müqaviləni pozub. Bu barədə bazar ertəsi “Associated Press” HHQ-nin sözçüsü Ann Stefanekə istinadən məlumat yayıb.

“Bu 27 nəfərdən heç biri tibbi səbəblərə və ya dini inanclara görə peyvənddən azad olunmağı xahişi ilə bizə müraciət etməyib. Onların hamısı aşağı rütbəli hərbçilərdir”, – o bildirib.

“Washington Post”-un dekabrın 11-də qeyd etdiyi kimi, ABŞ Silahlı Qüvvələri aktiv bölmələrində 1,3 milyon əsgər və zabitindən təxminən 40 mini müxtəlif səbəblərə görə peyvənd olunmaqdan imtina edib.

Pentaqonun məlumatına görə, dekabrın 10-na olan məlumata görə, nizami qoşunların 96,4 faizi vaksinin ən azı bir dozası ilə peyvənd olunub.

Virtualaz.org


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki