
ABŞ Hörmüz boğazında hərbi varlığını gücləndirdiyini açıqlayıb - Pentaqon
Pentaqon ABŞ-nin Hörmüz boğazında hərbi varlığını gücləndirdiyini açıqlayıb. İki amfibiya gəmisi İran sahillərinə göndəriləcək.
Busaat.az xəbər verir ki, bu barədə Pentaqonun Mərkəzi Komandanlığı məlumat yayıb.
Söhbət USS Bataan universal desant gəmisi və USS Carter Hall desant gəmisindən gedir. Onlar USS Thomas Hudner esminesi və F-16 və F-35 qırıcılarından ibarət aviasiya qrupu ilə birlikdə Fars və Oman körfəzlərini birləşdirən Hörmüz boğazı ərazisində fəaliyyət göstərəcəklər.
Xatirladaq ki, buu zona strateji əhəmiyyətə malikdir, çünki dünya enerji ehtiyatları ticarətinin əhəmiyyətli hissəsi bu boğazdan keçir.
Busaat.az























