
ABŞ-ı sarsıdan Konqres basqını ilə bağlı yekun hesabat AÇIQLANDI
ABŞ Konqresinin Nümayəndələr Palatası Konqresə edilən basqın ilə bağlı yekun hesabatını açıqlayıb.
Busaat.az xəbər verir ki, ABŞ-da 6 yanvar 2021-ci ildə Kapitol binasına edilən basqını araşdıran Nümayəndələr Palatasının 6 Yanvar Xüsusi Komitəsi 18 aylıq araşdırmanın sonunda yekun hesabatını açıqlayıb.
845 səhifəlik hesabat komitənin 9 üzvünün Ədliyyə Departamentindən keçmiş prezident Donald Trampa qarşı 2020-ci il prezident seçkilərini ləğv etmək və səlahiyyətlərin dəyişdirilməsinə mane olmaq səylərinə görə ittiham irəli sürməyi tələb etməsindən 3 gün sonra açıqlanıb. ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi hesabata ön sözdə deyib: “Seçilmiş komitənin hesabatı da vurğulayır ki, demokratik təsisatlarımız onlara həvalə edilmiş şəxslərin öhdəliyi qədər güclüdür”.
8 hissədən ibarət hesabata sübutlar üçün ümumi çərçivə, həmçinin ABŞ Ədliyyə Nazirliyi və Konqresin Etika Komitəsinə hüquqi məsləhətlər daxildir. Hesabat Senata Konqres tərəfindən qəbul edilmiş Prezident Seçkilərinin Siyahıyaalınması Aktını qəbul etməyi tövsiyə edib.
Bundan başqa, hesabatda vurğulanıb ki, Ədliyyə Nazirliyi vəkillərin qanunun aliliyinə xələl gətirmək və qanuni seçkiləri ləğv etmək məqsədi daşıyan fəaliyyətlərdə iştirakının qarşısını almaq üçün müvafiq tədbirlər görməlidir.
Bildirilib ki, Komitə Konstitusiyanın qorunması və müdafiəsi ilə bağlı and içən və sonradan yanvarın 6-da keçirilən reyddə iştirak edən şəxslərin dövlət vəzifələrində işləməsinə qadağa qoyula biləcəyi qənaətindədir.
Hesabatı şərh edən keçmiş prezident Donald Tramp yekun hesabatı “partizan” və “siyasi cadugər ovu” adlandırıb.
Qeyd edək ki, ABŞ-da 2021-ci il yanvarın 6-da Konqresə basqını araşdırmaq üçün 2021-ci ilin iyununda yaradılmış Nümayəndələr Palatasının Xüsusi 6 Yanvar Komitəsi 8 ictimai dinləmə keçirib, 1000-dən çox adamın gizli və ya açıq şəkildə ifadəsini alıb və araşdırıb. Komitənin mandatı ilin sonunda başa çatır.
Komitə Trampa yaxın olan bir çox adamı ifadə verməyə çağırıb və bu çağırışlara əməl etməyən Trampın keçmiş müşaviri Steve Bannon və onun keçmiş şəxsi katibi Mark Meadows “Konqresi təhqir etməkdə” günahlandırılıb.
Busaat.az























