Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin67 204 $▼1.49%
  • Ethereum1 898 $▼1.52%
  • S&P 5007 562▼0.40%
16°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

ABŞ-ın büdcə kəsiri 2022-ci maliyyə ilində 1,4 trilyon dollar təşkil edib

image-abs-2
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

ABŞ federal hökumətinin büdcə kəsiri 2022-ci maliyyə ilində keçən illə müqayisədə 50 faiz azalaraq 1,4 trilyon dollar olaraq qeydə alınıb.

Busaat.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi sentyabr ayı üçün büdcə balansı hesabatını açıqlayıb.

Hesabata əsasən 1 oktyabr 2021-ci ildə başlayan və 30 sentyabr 2022-ci ildə sona çatan 2022-ci maliyyə ilinin son ayında federal hökumətin büdcə kəsiri 429,7 milyard dollar olaraq hesablanıb.

Federal hökumət keçən ilin eyni ayında 64,9 milyard dollarlıq büdcə kəsiri ilə üzləşib. Belə ki, sentyabrda büdcə kəsiri əvvəlki ilin eyni ayı ilə müqayisədə təxminən 6 dəfə artıb. Hökumətin gəlirləri əvvəlki ilin eyni ayına görə 6% artaraq 487,7 milyard dollara, xərcləri isə 75% artaraq 917,4 milyard dollara çatıb. 2022-ci maliyyə ilində ABŞ federal hökumətinin ümumi büdcə kəsiri 1,4 trilyon dollar təşkil edib.

Sözügedən dövrdə büdcə kəsirinin keçən il ilə müqayisədə təxminən 1,4 trilyon dollar azalması ABŞ-ın maliyyə vəziyyətində indiyədək ən böyük illik yaxşılaşma olub.

Qeyd edək ki, ABŞ-ın büdcə kəsiri 2021-ci maliyyə ilində 2,8 trilyon dollar təşkil edib, bu, federal hökumətin COVID-19 pandemiyasının təsiri səbəbindən 2020-ci ildəki tarixi 3,1 trilyon dollarlıq kəsirindən sonra ikinci ən böyük büdcə kəsridir.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=88325