ABŞ-ın döyüş təyyarələri Türkiyə sərhədinə gətirildi

ABŞ-ın döyüş təyyarələri Türkiyə sərhədinə gətirildibackend

ABŞ-a məxsus altı F-16 tipli döyüş təyyarəsi Bolqarıstandakı “Graf İgnatievo” Hərbi Hava Bazasında yerləşdirilib.

Busaat.az xəbər verir ki, Bolqarıstana göndərilən təyyarələr Şərqi Aralıq dənizində Yunanıstan tərəfdə yer alan ABŞ-a aid reaktivlərdir.

ABŞ döyüş təyyarələri İtaliyanın “Aviano” Bazasından Bolqarıstana gətirilib.

Təyyarələr Bolqarıstanın hava məkanını qorumaqla yanaşı, 26-30 oktyabr tarixlərində keçiriləcək təlimlərdə iştirak edəcək.

Qeyd edək ki, Bolqarıstan Hərbi Hava Qüvvələri Rusiya istehsalı olan “MİQ” tipli döyüş təyyarələrindən istifadə edir

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90