
ABŞ-ın İndiana ştatı TikTok-a qadağa qoydu
ABŞ-ın İndiana ştatı rəsmi xidmətdə istifadə edilən cihazlarda TikTok-u qadağan edib.
Busaat.az xəbər verir ki, qadağanı İndiana Texnologiya Departamentinin sözçüsü Qreq Lubsen mətbuata verdiyi açıqlamada bildirib.
Lubsen dövlət sistemlərinin daim yoxlanıldığını və dövlətə məxsus cihazlarda TikTok-un bloklandığını bildirib.
Digər tərəfdən ABŞ-da Nümayəndələr Palatası da TikTok tətbiqinin palata üzvləri və işçilərinin rəsmi xidmətlər üçün istifadə etdiyi cihazlara yüklənməsini qadağan edib.
Federal Təhqiqatlar Bürosunun (FBİ) direktoru Chris Wray, TikTok-a nəzarətin Çin hökumətinin əlində olduğunu bildirərək, bunun ABŞ üçün milli təhlükəsizlik narahatlıqlarını artırdığı barədə xəbərdarlıq edib.
Busaat.az























