Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin65 080 $▲1.51%
  • Ethereum1 819 $▲2.89%
  • S&P 5007 562▼0.40%
16°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

ABŞ-ın Rusiya-Ukrayna müharibəsində “atəşkəs”lə bağlı BƏYANATI

image-john-kirby
Pentagon press secretary Navy Rear Adm. John Kirby speaks during a briefing at the Pentagon, Tuesday, Sept. 2, 2014. The Pentagon says the leader of the Somalia-based al-Shabab extremist group was the target of U.S. military airstrikes that struck an encampment and a vehicle Monday night. Kirby said the results of the strike are being assessed and he can't confirm if Somali Ahmed Abdi Godane, the rebel leader, was hit. He says the strike against Godane was conducted by special operations forces with manned and unmanned aircraft firing hellfire missiles and precision-guided munitions. (AP Photo/Susan Walsh)
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi Rusiya-Ukrayna müharibəsində atəşkəsə nail olmaq üçün atılan addımlarla bağlı deyib: “Ukraynada atəşkəsin razılaşdırılması Rusiyanın işğalını təsdiqləyər”.

Busaat.az xəbər verir ki, Con Kirbi Çinin Rusiya-Ukrayna müharibəsində atəşkəs üçün 12 bəndlik təklifini açıqlamasından sonra bölgədəki son vəziyyəti dəyərləndirib.

Pekinin Ukraynadakı müharibəni dayandırma çağırışının ağlabatan səsləndiyini qeyd edən Kirbi, bu vəziyyətin Rusiyanın Ukraynada işğal etdiyi torpaqların legitimləşməsinə gətirib çıxara biləcəyini bildirib.

Rusiyanı qonşusunun torpaqlarını işğal etmiş bir ölkə kimi xarakterizə edən Kirbi deyib: “Ukraynada atəşkəsin qəbul edilməsi Rusiyanın işğalını təsdiqləyir. Beləliklə, Rusiyanın qazandığı və qonşusunun torpaqlarını qəsb etmək cəhdləri tanınacaq. Rusiya bu atəşkəsdən Ukraynadakı mövqelərini möhkəmləndirmək və ordusunu gücləndirmək üçün istifadə edəcək. Rusiya atəşkəsdən öz istədiyi vaxt yenidən hücum etmək üçün vasitə kimi istifadə edə bilər. Açıq desək, bu, ədalətli və davamlı sülh üçün inandığımız addım deyil”.

Qeyd edək ki, 24 fevral 2023-cü ildə Çin Xarici İşlər Nazirliyi tərəfindən Çinin Ukrayna böhranı ilə bağlı mövqeyini əks etdirən 12 bəndlik sənəd dərc edilib.

“Ukrayna böhranının siyasi həllinə Çinin münasibəti” adlı sənəddə vurğulanıb ki, Ukrayna böhranının həlli üçün yeganə əlverişli yol sülh danışıqlarıdır. Ukraynadakı vəziyyətin nəzarətdən çıxmasının qarşısını almaq üçün addımların atılmasına çağırılan sənəddə Pekinin nüvə silahından istifadəyə və sanksiyalara qarşı olduğu, atəşkəs və danışıqları dəstəklədiyi vurğulanıb. Beynəlxalq hüquqa, o cümlədən Birləşmiş Millətlər Təşkilatının (BMT) nizamnaməsinə riayət edilməsinin vacibliyinə diqqət çəkən sənəddə “Bütün ölkələrin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü ciddi şəkildə qorunmalıdır” ifadəsi işlədilib.

Sənəddə deyilir: “Bütün tərəflər rasional və təmkinlə hərəkət etməli, münaqişənin alovlanmasına və gərginliyin artmasına yol verməməli, böhranın daha da pisləşməsinin və nəzarətdən çıxmasının qarşısını almalıdır”.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=104198