ABŞ-ın senatorlarından məktub: “Twitteri araşdırın”

image-tvitter65656backend

ABŞ-ın 7 Demokrat Senatoru Federal Ticarət Komissiyasına (FTC) yazdığı məktubda Elon Maskın yeni satın aldığı Twitter şirkətini araşdırmaq üçün çağırış edilib.

Busaat.az xəbər verir ki, məktubda Twitter-in Maskın rəhbərliyi ilə istifadəçilərinə qarşı işləyib-işləməməsi və FTC ilə Twitter arasında imzalanmış anlaşma memorandumunun pozulması ilə bağlı araşdırma aparılması tələb olunub.

Məktubda deyilir: “Son həftələrdə Twitter-in yeni müdiri Mask, etibarlılığı sarsıdan və platformanın təhlükəsizliyinə zərər verən addımlar atıb. Bundan əlavə, Maska fırıldaqçılıq və təhlükəli insanlar tərəfindən sui-istifadə ediləcək bəzi dəyişikliklər barədə xəbərdarlıq edilib. Ancaq o, aydın xəbərdarlıqlara baxmayaraq, yeni xüsusiyyətlər gətirdi”.

Qeyd edək ki, Sosial media şirkəti Twitter-i 44 milyard dollara satın aldıqdan sonra Mask əvvəlcə şirkətin icraçı direktoru Paraq Aqraval, baş maliyyə direktoru (CFO) Ned Seqal, hüquq və siyasət üzrə yüksək səviyyəli icraçı Vijaya Qadde və baş məsləhətçi Sean Edgetti işdən çıxarıb.

Şirkətdə direktorlar şurasını dağıtmaqla özünü “yeganə menecer” edən Mask Twitter işçilərinin yarısını işdən çıxarıb.

Twitter-in təhlükəsizlik və məxfilik üzrə yüksək səviyyəli rəsmilərinin vəzifədən getməsi sosial media şirkətini tənzimləmə qaydalarını pozmaq riski ilə üzləşməsi kimi şərh edilib.

Bundan sonra FTC Twitter-dəki son hadisələri dərin narahatlıqla izlədiklərini bildirib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90