Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin64 402 $▲0.46%
  • Ethereum1 792 $▲1.36%
  • S&P 5007 562▼0.40%
17°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

ABŞ-ın “Şimal axını” təxribatında iştirak etməməsinə heç kim inanmır – Zaxarova

image-1382603
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

ABŞ hökuməti “Şimal axını 1” və “Şimal axını 2” boru kəmərlərindəki  partlayışlarla bağlı onların  rolu olmadığına heç kimin inanmadığını başa düşür.

Busaat.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

“ABŞ-lilər iddia edirlər ki,  “Şimal axını” boru kəmərlərində baş verən partlayışlarla heç bir əlaqələri olmayıb, baxmayaraq ki tanınmış araşdırmaçı müxbir Seymur Herşin tapıntıları geniş şəkildə əlçatandır. Onlar başa düşürlər ki, hamı bunun yalan olduğunu anlayır”, – deyə Zaxarova Telegram kanalında yazıb.

“Problem sadəcə ABŞ-nin yalan danışmasıdır. Mən sizə ABŞ-nin keçmiş dövlət katibi Kolin Pauellin flakon fırıldaqları haqqında danışa bilərəm, amma bu hekayədən bezmisinizsə, məndə çoxlu başqa hekayələr var”, – deyə Zaxarova davam edib.

Diplomat nümunə kimi ABŞ-nin onilliklər ərzində işğalı altında qalan Haiti Respublikasındakı vəziyyəti göstərib:

“İndi isə ABŞ-nin real yardımı haqqında bir neçə kəlmə deyək. 2010-cu ildə adada dəhşətli zəlzələ baş verdi, yüz minlərlə insan həlak oldu; ölənlər və yaralananlar da daxil olmaqla, qurbanların ümumi sayı yarım milyonu ötdü. ABŞ 380 milyon dollar ayırdı. Bu sizə çox görünürmü? Lakin ABŞ-də prezident seçkiləri bundan 15 dəfə baha başa gəlir”.

Zaxarova, həmçinin 2021-ci ildə Haiti prezidenti Jovenel Moise sui-qəsdi və Venesuela prezidenti Nikolas Maduroya qarşı uğursuz sui-qəsd cəhdlərini də xatırladıb:

“Bu, Kiyevin mərkəzində Co Baydeni belə məhəbbətlə qucaqlayan Zelenski üçün çox düşündürücü hekayədir. İnsan öz xalqına nə qədər nifrət etməlidir ki, özləri üçün Haiti ilə eyni perspektivi nəzərdən keçirsinlər?”.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=101472