ABŞ-ın Türkiyədəki yeni səfiri Ceff Fleyk ölkənin vitse-prezidenti Kamala Harrisin hüzurunda and içib.
Busaat.az “NTV”yə istinadən xəbər verir ki, Kamala Harris bu barədə məlumatı öz tviter hesabında paylaşıb.
Qeyd edək ki, 58 yaşlı Ceff Fleykin bu vəzifəyə namizədliyi ölkə Prezidenti Co Bayden tərəfindən irəli sürülmüşdü. ABŞ Senatı isə oktyabr ayında Fleyki səfir olaraq təsdiqləyib.
Fleyk bu vəzifədə Devid Satterfildi əvəzləyəcək.