
ABŞ-ın vurduğu naməlum obyektlər necə görünür?
ABŞ-da Huron gölünün yaxınlığında yüksək hündürlükdə uçan naməlum obyekt vurulub. Bu, vurulan 4-cü namnəlum obyektdir. Obyektlə bağlı çoxlu iddialar var.
Busaat.az xəbər verir ki, CNN kanalı obyektin necə göründüyü barədə xəbər yayımlayıb.
Belə ki, Huron gölü üzərində vurulan obyekt Montana üzərində aşkar edildikdən sonra döyüş təyyarələri göndərilib. Lakin təyyarələr obyekti tapa bilməyib.
Bazar günü radar əlaqəsi bərpa edilib və obyektin əvvəlcə Viskonsin, sonra isə Miçiqan üzərində uçduğu aşkar edilib. Mülki təyyarələr üçün təhlükə yarada biləcəyi ehtimalına görə Bayden obyektin vurulmasını əmr edib.
Ortaya maraqlı sual çıxır, bəs bu uçan obyektlər nəyə bənzəyir?
Obyekt haqqında məlum məlumatlar pilotların təsvirləri ilə məhdudlaşır. Obyektlər bu yaxınlarda aşkar edilmiş Çinin hava şarına bənzəmir. Obyekt balonlardan daha kiçikdir və silindrik quruluşa malik olduğu bildirilir.
Adının hallandırılmasını istəməyən pilotlardan biri obyektə yaxınlaşarkən təyyarələrin sensorlarının qırıldığını bildirib. Obyekt ABŞ-ın F-22 təyyarəsindən atılan AIM-9X raketi ilə vurulub. Naməlum obyekt tam aşkar edilməyənə qədər açıqlama verilməyəcək. Ekipaj hələ də qalıqları çıxarmağa çalışır.
Busaat.az























