
ABŞ-ın yeni səfiri Lin Treysi Moskvaya gəlib – Səfirlik
ABŞ-ın yeni səfiri Lin Treysi Moskvaya gəlib.
Busaat.az xəbər verir ki, bu barədə ABŞ-ın Rusiyadakı səfirliyi məlumat yayıb.
Moskva hava limanında onun şəklinin altında “Rusiyaya xoş gəlmisiniz, səfir Treysi” yazılıb.
Qeyd edək ki, Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov və ABŞ-ın Moskvadakı yeni səfiri Lin Treysi arasında yanvarın 24-də Vaşinqtonda görüş keçirilib. Elə həmin gün Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov jurnalistlərə bildirib ki, Treysi ilə Rusiya-ABŞ münasibətlərinin problemli aspektləri üzərində müzakirələr davam etdiriləcək.
Treysi ABŞ Senatı tərəfindən ABŞ-ın Rusiyadakı səfiri vəzifəsinə təsdiq edilib. O, ABŞ-ın Rusiyadakı səfiri vəzifəsində çalışan ilk qadındır.
Busaat.az























