Məzmuna keç
  • Brent neft91.82 $▲0.43%
  • WTI neft86.22 $▲0.64%
  • Avropa qazı (TTF)84.95 €▲3.18%
  • Təbii qaz (ABŞ)3.264 $▲1.59%
  • Qızıl4 029 $▼2.34%
  • Gümüş51.19 $▼3.86%
  • Pambıq78.28 ¢▼0.61%
  • Buğda593.00 ¢▲0.72%
  • Bitcoin73 137 $▼2.82%
  • Ethereum2 027 $▼4.96%
  • S&P 5007 484▼0.86%
6°Bakı
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
Dünya

ABŞ – İran altıncı danışıqlar raundu baş tutmaya bilər

image-img_5989
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

ABŞ və İranın nüvə sazişi üzrə altıncı danışıqlar raundunun keçirilməsi imkanı sual altına düşüb.

Busaat.az xəbər verir ki, bu barədə CNN mənbələrə istinadən məlumat yayıb.

Telekanalın məlumatına görə, Tehran Vaşinqtonun təklifini “ardıcıl və əlaqəsiz olmayan, son dərəcə qeyri-realist və həddindən artıq tələblər ehtiva edən” hesab edir.

Adıaçıqlanmayan İran rəsmisi qeyd edib ki, amerikalılar daim öz mövqelərini dəyişirlər. İndiyədək bu, danışıqların uğuruna gedən yolda əsas maneə olub, indi isə bu işi hər zamankından daha çətin edir.

Bundan başqa, o, ABŞ təklifinin tərəflər arasında əvvəllər əldə edilmiş razılaşmalarla ziddiyyət təşkil etdiyinə diqqət çəkib.

Daha əvvəl ABŞ Prezidenti Donald Tramp özünün “Truth Social” səhifəsində yazmışdı ki, Vaşinqton İranın nüvə proqramı ilə bağlı potensial saziş çərçivəsində Tehranın uranı zənginləşdirməsinə icazə verməyəcək.

Xatırladaq ki, İranın nüvə proqramı üzrə beşinci danışıqlar raundu mayın 23-də Romada keçirilmişdi. Müzakirələrin nəticələrinə görə, danışıqlar prosesində vasitəçi funksiyasını yerinə yetirən Oman xarici işlər naziri Bədr əl-Busaidi ABŞ və İranın “müəyyən, lakin yekun olmayan irəliləyişə” nail olduqlarını açıqlamışdı.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=166365