
ABŞ İran neftini satan və daşıyan 6 şirkətə sanksiya tətbiq edib
ABŞ Dövlət Departamenti İranın neft və neft-kimya məhsullarını satan 6 şirkətə qarşı sanksiya tətbiq edib.
Busaat.az xəbər verir ki, bu barədə Nazirlikdən verilən yazılı açıqlamada bildirilib.
Sanksiya tətbiq edilən şirkətlər arasında 1 Vyetnam , 2 Çin , 2 İran, həmçinin Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) mərkəzli şirkətlərin olduğu açıqlanıb.
Qeyd olunan şirkətlərə məxsus 20 gəmi də sanksiyalar dairəsinə daxil edilib.
ABŞ dövlət katibi Entoni Blinken deyib: “ABŞ İranın enerji ixracatını əhəmiyyətli dərəcədə azaltmaqda qərarlıdır. İranın neft və neft-kimya ticarətini asanlaşdıranlara qarşı sanksiyaları davam etdirəcək”.
Busaat.az























