Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin64 047 $▼6.12%
  • Ethereum1 764 $▼8.49%
  • S&P 5007 562▼0.40%
15°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

ABŞ İranın ballistik raket sınağına reaksiya verdi

image-images
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“İranın ballistik raketlərinin hazırlanması və yerləşdirilməsi regional və beynəlxalq təhlükəsizliyə ciddi təhdid yaradır”.

Busaat.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Mett Miller deyib.

İranın ballistik raket proqramının daha da irəliləyişinin qarşısını almaq, raketlərin və əlaqəli texnologiyanın digər ölkələrə yayılmasının qarşısını almaq üçün sanksiyalar da daxil olmaqla müxtəlif ehtiyat vasitələrindən istifadə etməyə davam etdiklərini bildirən Miller deyib:

“BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsi çərçivəsində İranın raket proqramı fəaliyyətlərinə qoyulan məhdudiyyətlərə baxmayaraq, İran qətnamənin müddəalarına zidd olaraq xarici təchizatçılardan müxtəlif raket texnologiyaları almağa və ballistik raket sınaqları keçirməyə davam edir. Daha əvvəl dediyimiz kimi, İranın nüvə gücünə sahib olması təxribatçı hal ola bilər, buna görə də biz İranın nüvə silahı əldə etməsinin qarşısını almaqda qətiyyətliyik”.

Qeyd edək ki, İran paytaxt Tehranda yüksək səviyyəli hərbçilərin iştirakı ilə keçirilən proqramda Xeybər (Hürrəmşəhr-4) adlı orta mənzilli ballistik raketini təqdim edib.

Dövlət televiziyası raketin buraxılması və sonra hədəfi vurması görüntülərini də nümayiş etdirib.

Qurudan quruya 2 min kilometr məsafəyə qədər hədəfi vura bilən maye yanacaqla işləyən ballistik raket “Xeybər” 1500 kiloqram döyüş başlığı daşıya bilir.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=110836