
ABŞ İranın Şimali İraqdakı hücumlarını pisləyib
ABŞ Mərkəzi Qüvvələr Komandanlığı (CENTCOM) İranın dünən gecə İraqın şimalında Kürdüstan Demoqrtaik Partiyası (İKDP) və Komele qərargahına raket və pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi hücumları pisləyib.
Busaat.az xəbər verir ki, bu barədə CENTCOM Komandanlığı Twitter hesabında açıqlama verib:
“Biz İranın bu axşam İraqın Ərbil şəhəri yaxınlığında həyata keçirdiyi raket və dron hücumlarını qınayırıq. Bu cür qeyri-qanuni hücumlar dinc əhalinin həyatını risk altına qoyur. İraqın suverenliyini pozur və İraqın, Yaxın Şərqin təhlükəsizliyini və sabitliyini təhlükə altına atır” – deyə, bəyanatda bildirilib.
Qeyd edək ki, ötən gecə Ərbilin Köysancak rayonundakı İKDP qərargahına raketlə, Süleymaniyyənin Zırqez rayonundakı Komele mərkəzinə isə PUA ilə hücum edilib.
Busaat.az























