
ABŞ İŞİD-in yüksək səviyyəli icraçısına qarşı əməliyyat keçirdi
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Suriyanın şimal-şərqində ABŞ helikopterinin bazar ertəsi səhər tezdən İŞİD terror təşkilatının yüksək səviyyəli icraçısını hədəf alaraq zərərsizləşdirdiyini açıqlayıb.
Busaat.az xəbər verir ki, mövzu ilə bağlı açıqlama verən CENTCOM-un sözçüsü polkovnik Co Buccino əməliyyatda daha iki silahlının öldürüldüyünü qeyd edib.
Öldürülən İŞİD terrorçusunun kimliyi ilə bağlı heç bir məlumat verilməyib.
“Biz inanırıq ki, basqın nəticəsində İŞİD-in Suriyadakı yüksək səviyyəli lideri və Yaxın Şərq və Avropada terror hücumlarının planlaşdırılmasına cavabdeh olan əməliyyat planlayıcısı öldürülüb”, – Co Buccino bildirib.
Buccino basqın zamanı heç bir ABŞ əsgərinin xəsarət almadığını və helikopterin vurulmadığını da qeyd edib.
“İŞİD-ə qarşı əməliyyatlar regionun təhlükəsizliyi və sabitliyi üçün böyük əhəmiyyət kəsb edir”, – ABŞ-li rəsmi deyib.
CENTCOM bir həftə əvvəl ABŞ-nin Suriyanın şərqində İŞİD-in rəhbər şəxslərindən daha birini və iki köməkçisini ələ keçirdiyini açıqlamışdı.
Busaat.az























