
ABŞ kəşfiyyat təyyarəsi hava məkanımızı pozdu - İran
İran Ordusu Hərbi Dəniz Qüvvələri hava məkanını pozan ABŞ kəşfiyyat təyyarəsinin aşkar edilərək xəbərdarlıq edildiyini açıqlayıb.
Busaat.az xəbər verir ki, bu barədə Tesnim Xəbər Agentliyi İran Ordusu Hərbi Dəniz Qüvvələri İctimaiyyətlə Əlaqələr şöbəsinin mövzu ilə bağlı yazılı açıqlamasını yayıb.
Açıqlamada bildirilib ki, ABŞ-nin Ərəbistan dənizindəki donanmasına məxsus “EP-3E Aries II Orion” tipli kəşfiyyat təyyarəsinin İran hava məkanını pozduğu müəyyən edilib. İran Ordusu Hərbi Dəniz Qüvvələrinin xəbərdarlığı ilə təyyarənin ölkənin hava məkanına daxil olmasının qarşısı alınıb.
Bildirilib ki, təyyarə xəbərdarlıqdan sonra beynəlxalq hava məkanına qayıdıb.
Busaat.az























