
ABŞ Kiyevə 2 milyard dollarlıq yeni hərbi yardım paketi ayıracaq - Patriot sistemlərini də var
ABŞ prezidenti Co Bayden Kiyev rejiminə təxminən 2 milyard dollar dəyərində daha bir ABŞ hərbi yardım paketini elan edəcək. Bu paketə Patriot raketdən müdafiə sistemləri daxil olacaq.
Busaat.az xəbər verir ki, bunu ABŞ administrasiyasının yüksək səviyyəli rəsmisi jurnalistlərə bildirib.
“Prezident Bayden Ukrayna üçün təxminən 2 milyard dollarlıq yeni təhlükəsizlik yardımı paketini elan edəcək. Bu, çox vacib yeni imkanları – Patriot raket batareyasını ehtiva edəcək” – deyə, rəsmi bildirib.
Ukrayna qoşunları həmin sistemlərdən istifadə etmək üçün üçüncü ölkədə təlim keçəcək.
Bundan əvvəl CNN Bayden administrasiyasındakı anonim mənbələrə istinadən xəbər vermişdi ki, Vaşinqton Ukraynaya Patriot sistemləri göndərmək planlarını yekunlaşdırır. Kremlin sözçüsü Dmitri Peskov xəbərdarlıq edib ki, Vaşinqton onları Kiyevə çatdırarsa, Patriot sistemləri Rusiya Silahlı Qüvvələri üçün qanuni hərbi hədəfə çevriləcək.
Busaat.az























