
ABŞ Kiyevə 32 Stryker zirehli maşını göndərəcək - Associated Press
ABŞ-nin Ukraynaya 400 milyon dollarlıq yeni hərbi yardım paketinə 32 Stryker zirehli döyüş maşını daxildir.
Busaat.az xəbər verir ki, bu barədə Associated Press öz mənbələrinə istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, Vaşinqton həmçinin Kiyevə haubitsa artilleriya mərmiləri, Hydra-70 raketləri, müşahidə üçün “Hornet” dronları, HIMARS və NASAMS raketləri, həmçinin “Stingers” və “Javelin”lər göndərəcək.
Bundan başqa, ABŞ təqribən 28 milyon atıcı silah sursatı da Ukraynaya verəcək.
Daha əvvəl Reuters xəbər vermişdi ki, ABŞ iyulun 25-də 400 milyon dollarlıq yeni hərbi yardım paketini elan edə bilər.
Busaat.az























