Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin65 834 $▼3.50%
  • Ethereum1 838 $▼4.63%
  • S&P 5007 562▼0.40%
12°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

ABŞ Kiyevə minlərlə kasetli sursat verəcək - Associated Press

image-1395739
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

ABŞ cümə günü Ukraynaya minlərlə kasetli sursat göndərəcəyini elan edəcək.

Busaat.az xəbər verir ki, bu barədə Associated Press qərarla tanış olan insanlara istinadən məlumat yayıb.

Məlumata görə, Kiyevə yeni hərbi yardım paketinin dəyəri 800 milyon dollara qədərdir.

The Washington Post yazıb ki, Bayden administrasiyasının qərarı, əksər ölkələrin qadağan etdiyi sursatların göndərilib-göndərilməməsi ilə bağlı aylarla davam edən daxili müzakirələrdən sonra qəbul olunub. Qəzetin qeyd edir ki, nəzərdən keçirilən silah M864 artilleriya mərmisi ilk dəfə 1987-ci ildə istehsal edilib. O, ABŞ və digər Qərb ölkələrinin Ukraynaya tədarük etdiyi 155 millimetrlik haubitsalardan atılır.

Pentaqonun sözçüsü Patrick Ryder bildirib ki, ABŞ  Ukraynanı dinc əhali üçün ən az təhlükə yaradan kaset sursatları ilə təmin etməyə hazırdır.

Partlayış zamanı kaset sursatları onlarla kiçik bombaları böyük bir əraziyə səpələyir. Əgər partlamasa, bu bombalar uzun illər mülki əhali üçün təhlükə olaraq qalacaq.

Qeyd edək ki, Kasetli Sursatlar üzrə Konvensiya 2008-ci ildə imzalanıb və 2010-cu ildə qüvvəyə minib.Bugünədək ona 111 ölkə qoşulub. Daha 12 ölkə sənədi imzalasa da, hələ ki, ratifikasiya etməyib.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=114732