
ABŞ Konqresi Türkiyəyə F-16-ların satışı ilə bağlı qərarını YENİLƏDİ
ABŞ Nümayəndələr Palatasının Türkiyəyə F-16-ların satışını məhdudlaşdıran maddələr müdafiə büdcəsi qanun layihəsindən tamamilə çıxarılıb.
Busaat.az xəbər verir ki, Konqresin iki qanadının ümumi yığıncağında səsə qoyulacaq layihə mətninin son variantı hazırlanıb.
Kipr yunan lobbisinə yaxınlığı ilə tanınan Nyu-Hempşir nümayəndəsi Demokrat Kris Pappas, Florida təmsilçisi Respublikaçı Qus Bilirakis, Nyu-York təmsilçisi respublikaçı Nikol Malliotakis də olmaqla 18 nümayəndə tərəfindən hazırlanan, Nümayəndələr Palatasının variantına əlavə edilən və qəbul edilən qərarlar qanun layihəsinin son variantında arasında yer almayıb. Bu qərarlar Türkiyəyə F-16 satışlarını məhdudlaşdırıcı şərtlərə bağlayan bəndlərdən ibarət idi.
Nümayəndələr Palatasında qəbul edilən sözügedən məhdudlaşdırıcı əlavələrlə, Silah İxracına Nəzarət Qanunu çərçivəsində Türkiyəyə yeni F-16 satışı və F-16-ların modernləşdirilməsinə dəstək verilməyəcəyi şərti qoyulub. Şərtlər aşağıdakı halda dəyişə bilərdi:
“Türkiyəyə F-16 satışının ABŞ-ın mühüm milli təhlükəsizlik maraqlarına toxunmaması və bu silahların Yunanıstanın hava məkanını pozmaması ilə bağlı Senat və Nümayəndələr Palatasının müvafiq komitələrinə konkret addımlar təqdim edildikdən sonra prezident qərarı dəyişmək üçün müraciət edə bilər”.
Menendez və van Hollenin təqdim etdiyi maddələr Senatın qanun layihəsinə əlavə edilməsə də, Pappas və tərəfdarlarının təqdim etdiyi qanun layihəsi iyulun 14-də Nümayəndələr Palatasında təsdiqlənib.
Konqresin bu addımında türk diplomatlarının və Xarici İşlər Nazirliyinin səylərinin təsirli olduğu bildirilir.
Bununla belə, Türkiyə əleyhdarı olduğu bilinən və Kipr yunan lobbisinə yaxınlığı ilə tanınan Menendez başda olmaqla bir sıra konqres üzvləri F-16-ların Türkiyəyə satışının qarşısını almaq üçün fərqli yollar axtarmağa davam edəcəklərini bəyan ediblər.
Türkiyə ABŞ-dan 40 yeni F-16 Block 70 döyüş təyyarəsi və inventarında olan 80 təyyarə üçün modernizasiya dəsti tələb edir.
Busaat.az























