Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin63 864 $▼6.39%
  • Ethereum1 751 $▼9.13%
  • S&P 5007 562▼0.40%
15°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

ABŞ konvoyuna hücum: Çoxlu ölü və yaralı var

image-abs-esger
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Nigeriyanın cənub-şərqindəki Anambra əyalətində ABŞ səfirliyinin əməkdaşlarına silahlı hücum nəticəsində ilkin məlumata görə, 4 nəfər həlak olub.

Busaat.az xəbər verir ki, KİV-in məlumatına görə, Oqbaru bölgəsində humanitar yardım fəaliyyətləri zamanı Anambra əyalətindəki ABŞ səfirliyinin əməkdaşları hücuma məruz qalıb.

İlkin məlumata görə, hücumda 4 nəfər həyatını itirib, çoxlu sayda yaralı var.

Anambra əyalət polisinin sözçüsü Toçukvu İkenqa hücumu təsdiqləyib və təhlükəsizlik qüvvələrinin bölgəyə göndərildiyini bildirib.

Digər tərəfdən, ABŞ-nin Abuca səfirliyindən verilən açıqlamada, hadisənin kökünə varmaq üçün əməkdaşlarının Nigeriya təhlükəsizlik rəsmiləri ilə əməkdaşlıq etdiyi bildirilib.

Belə hücumlar vaxtaşırı Nigeriyanın cənubunda Biafranın Yerli Xalqları (IPOB) terror təşkilatı tərəfindən həyata keçirilir.

Qeyd edək ki, 1967-ci ildə Biafra əhalisi Nigeriyanın cənubunda müstəqil Biafra dövlətinin yaradılması tələbi ilə ayağa qalxdıqda başlayan vətəndaş müharibəsində milyonlarla insan həlak olub.

1967-ci ildə ölkənin cənub-şərqində qurulan Biafra Respublikası vətəndaş müharibəsinin sonunda yenidən Nigeriyanın hakimiyyəti altına keçib.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=109857