ABŞ-la münasibətlər pisdir – Rusiya

image-peskov_gifbackend

Kremlin sözçüsü Dmitriy Peskov Rusiya ilə ABŞ arasında münasibətlərin pis vəziyyətdə olduğunu bildirib: “Rusiya konstruktiv dialoqdan imtina etməyib, indi də onu rədd etmir”.

Busaat.az xəbər verir ki, Peskov paytaxt Moskvada cari məsələlərlə bağlı jurnalistlərə açıqlama verib.

Rusiya prezidenti Vladimir Putin və Suriya prezidenti Bəşər Əsədin bu gün paytaxt Moskvada görüşünə diqqət çəkən Peskov, görüşdə ikitərəfli münasibətlər, Suriya məsələsi və Türkiyə ilə Suriya arasında münasibətlərinin müzakirə edildiyini qeyd edib.

Qara dənizdə ABŞ-yə məxsus MQ-9 pilotsuz uçuş aparatı (PUA) ilə bağlı insidentə də toxunan Peskov, Rusiya Müdafiə Nazirliyinin hadisə ilə bağlı lazımi açıqlama verdiyinə və Rusiya prezidenti Vladimir Putinə məlumat verildiyinə diqqət çəkib.

Rusiya ilə ABŞ arasında ən yüksək səviyyədə təmas olmadığını vurğulayan Peskov qeyd edib: “Münasibətlərimiz ən aşağı nöqtədə, çox pis vəziyyətdədir. Təbii ki, hər iki ölkə öz maraqlarını müdafiə edəcək. Ancaq Rusiya konstruktiv dialoqu rədd etmədi, indi də imtina etmir”.

Qeyd edək ki, ABŞ-nin Avropa Qüvvələr Komandanlığı (EUCOM) dünən Rusiyanın iki Su-27 təyyarəsinin Qara dənizdə ABŞ-nin MQ-9 tipli PUA-ya təcavüz etdiyini, təyyarələrdən birinin qəzaya uğraması zamanı isə MQ-9-un beynəlxalq sulara çırpıldığını açıqlayıb.

Rusiya Müdafiə Nazirliyi isə ABŞ-nin MQ-9 PUA-nın Ukraynadakı “xüsusi hərbi əməliyyat” səbəbiylə beynəlxalq standartlara uyğun olaraq bütün hava məkanı istifadəçilərinə bildirilən müvəqqəti status sahəsini pozduğunu açıqlayıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90