Məzmuna keç
  • Azeri Light99.88 $▲0.76%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin67 071 $▼1.69%
  • Ethereum1 900 $▼1.44%
  • S&P 5007 562▼0.40%
11°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

ABŞ məhkəmə sistemi “çaş-baş” qalıb: Trampın “məxfi sənədləri” ətrafında gərginlik yaşanır

image-images
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

ABŞ Ədliyyə Nazirliyi Trampın “müstəqil bir hakim tərəfindən araşdırılmasını” tələb etdiyi bəzi sənədləri açıqlayıb.

CNN-in məlumatında bildirilib ki, siyahıya Trampın biznes əlaqələrinin kommunikasiya qeydləri, həmçinin Amerika Televiziya və Radio Rəssamları Federasiyasından istefa verməsi ilə bağlı sənəd daxil edilib.

Trampın mülkündə ələ keçirilən bəzi sənədlər, o cümlədən məxfi saxlanması lazım olan 520 səhifəlik 64 sənəd açıqlanmasa da, siyahının təsnifatı xüsusi istintaq qrupu tərəfindən aparılıb. Açıqlanan sənədlər arasında 2020-ci ildə Corciya ştatında keçiriləcək seçkilərə qarşı qaldırılan məhkəmə iddiası ilə bağlı Respublikaçı vəkilin Ağ Evə göndərdiyi elektron məktub diqqət çəkib.

Digər tərəfdən, sənədlər arasında bəzi hüquqi anlaşmazlıqlara aid sənədlər də olub və xüsusi qrup tərəfindən araşdırılan həmin sənədlər möhürlənərək məhkəməyə təqdim edilib.

Qeyd edək ki, ABŞ-ın keçmiş prezidenti Donald Trampın Floridadakı Mar-a-Laqo malikanəsində avqustun 8-i səhər saatlarında FBİ agentləri tərəfindən axtarış aparılıb. ABŞ Ədliyyə naziri Merrick Garland, axtarışdan 3 gün sonra verdiyi ilk açıqlamada, Trampın malikanəsində keçirilən axtarışa şəxsən özünün icazə verdiyini söyləyib. Nazir qeyd edib ki, ictimai müzakirələrdən və narazılıqlardan sonra Ədliyyə Nazirliyinin axtarış qərarı və məxfiliyin ləğvi üçün Florida Rayon Məhkəməsinə müraciət ediblər.

Müraciətdə axtarış üzərində və müsadirə edilən materiallar üzərindəki gizliliyin qaldırılması nəzərdə tutulub. Beləcə, ələ keçirilən materialların siyahısı avqustun 12-də ictimaiyyətə açıqlanıb.

“Axtarış əmri”nin təfərrüatlarında FBİ agentlərinin Casusluq Aktı çərçivəsində üç fərqli federal qanunda hər hansı pozuntunun baş verib vermədiyini araşdırdığı və basqın zamanı “tam məxfi” adlan möhürlənmiş 11 sənədin əldə edildiyi bildirilib.

Tramp Florida Federal Məhkəməsinə müraciət edərək, Mar-a-Laqodan “siyasi düşmənçilik” səbəbiylə götürüldüyünü iddia etdiyi sənədlərin “müstəqil hakim” tərəfindən nəzərdən keçirilməsini tələb edib. Tələb qəbul edilib və Raymond Deari məxfi sənədlərin araşdırılması üçün vəzifələndirilib.

Deariedən dekabrın ortalarına qədər Trampın evindən götürülmüş sənədlərin nəzərdən keçirməsi istənilib.

Ədliyyə Nazirliyi həmçinin Florida Federal Məhkəməsinin “müstəqil hakim” tərəfindən istintaq prosesində ələ keçirilən sənədlərin bir çoxunun istifadəsini müvəqqəti olaraq qadağan etmək qərarına etiraz edib.

Tramp dünən yenidən məxfi sənədlərlə bağlı davam edən hüquqi müzakirəni ABŞ Ali Məhkəməsinə daşımış və sözügedən sənədlərin “müstəqil hakim” tərəfindən nəzərdən keçirilməsini istəyib.

ABŞ Apellyasiya Məhkəməsi Trampın şəxsi mülkündə ələ keçirilən məxfi sənədlərin “müstəqil hakim tərəfindən nəzərdən keçirilməsi” tələbini sürətləndirəcəyini bildirib.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=87169