
ABŞ Meksika ilə sərhəddə divar tikintisini bərpa edir
Texas ştatının qubernatoru Qreq Abbot ştatın Meksika ilə sərhəddə divar tikintisini bərpa etdiyini bildirib.
Busaat.az xəbər verir ki, bu haqda “Fox News” məlumat yayıb.
Bildirilib ki, divarın bərpası üçün tikinti şirkəti ilə 167 milyon dollarlıq müqavilə imzalanıb.
Abbot ABŞ prezidenti Co Baydenin miqrasiya siyasətinin səmərəsiz olduğunu bildirib. Bundan əvvəl Texas səlahiyyətliləri miqrantlara yardım proqramını dayandırmaq tələbi ilə federal hakimə müraciət edən ştatlardan biri olub.
Busaat.az























