
ABŞ Moldovaya 30 milyon dollar yardım edəcək
ABŞ Moldovaya 30 milyon dollar yardım edəcək.
Busaat.az xəbər verir ki, bu barədə məlumatı ABŞ hökumətin yardım agentliyi yayıb.
ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) bildirib ki, vəsait Moldovaya Dünya Bankı vasitəsilə ödəniləcək. Vəsaitlərin bir hissəsi ölkənin elektrik enerjisinə olan tələbatının ödənilməsinə yönəldiləcək.
Məlumata görə, Moldova COVID-19 pandemiyası və təbii qaz qiymətlərinin 4 dəfə artması da daxil olmaqla son sarsıntılardan qurtulmağa başlayıb. Ancaq Ukraynadakı müharibə qısamüddətli iqtisadi bərpanı uzunmüddətli perspektivdə risk altına alıb.
USAID bildirib ki, fevral ayından ABŞ Moldovaya təcili yardım üçün 320 milyon dollar ayırıb.
Busaat.az























