Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin64 930 $▲1.28%
  • Ethereum1 810 $▲2.33%
  • S&P 5007 562▼0.40%
17°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

ABŞ-nin müdafiə büdcəsinin artırılması dünya müharibəsinin yaxınlaşmasından xəbər verir - Global Times

image-abs-cin
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Global Times” jurnalında dərc olunan “ABŞ silah tacirləri güləndə dünya diqqətli olmalıdır” başlıqlı məqalədə ABŞ-nin artan hərbi xərclərinin dünyada daha yüksək “müharibə riski”nə işarə etdiyi iddia edilir.

Busaat.az xəbər verir ki, Çin Kommunist Partiyasının (ÇKP) flaqmanı olan “People’s Daily” qəzetinin himayəsi altında fəaliyyət göstərən gündəlik “Global Times” nəşrində dərc olunan sözügedən məqalədə beynəlxalq mövzulara diqqət yetirərək, ciddi risklərin olduğu bildirilib.

ABŞ-nin 2023-cü il hərbi xərclər üçün açıqladığı 842 milyard dollarlıq büdcənin Çinin hərbi xərclərinin “dörd qatını” təşkil etdiyi bildirilən məqalədə əsas fərq kimi o göstərilib ki, Çin müdafiə siyasətini mənimsədiyi halda, 2023-cü il hərbi xərclərində ABŞ-nin xarici hərbi strategiyası üçün önləmə prinsipi tətbiq edilir.

Məqalədə deyilir: “ABŞ iqtisadiyyatının işləmə tərzi və onun hegemon mövqeyi silah ixracının ABŞ-nin qlobal miqyasda faydalandığı mühüm kanal olduğunu diktə edir. Ona görə də silahlar üçün artan və genişlənən bazar tələb olunur. Dünyada münaqişə nə qədər çox olur? ABŞ-nin dünya üzrə silah ixracını və hərbi yerləşdirmələrini artırması üçün daha çox səbəb var”.

ABŞ-ın silah ixracının bir tərəfdən regional gərginliyi artıracağı, digər tərəfdən isə daha çox silah alışını təşviq edəcəyi vurğulanan məqalədə “SIPRI Yearbook 2022” hesabatına istinadən qeyd edilib ki, ABŞ-nin mövcud silah siyasəti və təcrübələri tez-tez “müharibənin qarşısını almaqdansa, onu təşviq edir” yazılıb.

 

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=103802