Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin65 159 $▲1.64%
  • Ethereum1 824 $▲3.17%
  • S&P 5007 562▼0.40%
16°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

ABŞ-nin Rusiyanı qiymətləndirməməsi ölümcül səhv olar - Rusiya

image-rusiya-abs
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Rusiya ABŞ ilə münaqişənin ən qaynar mərhələsindədir.

Busaat.az xəbər verir ki, Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov Sputnik radiosunda çıxışında Rusiya ilə ABŞ arasındakı münasibətləri dəyərləndirib.

İki ölkə arasında münasibətlərin kifayət qədər gərgin olduğuna diqqət çəkən Ryabkov deyib: “Hazırda ABŞ ilə münaqişənin ən qaynar mərhələsindəyik. Bu dövlətin müxtəlif aspektlərdə Rusiya ilə birbaşa hibrid müharibədə iştirak etdiyini müşahidə edirik”.

Bu müharibənin bəzi formalarının misilsiz olduğuna diqqət çəkən Ryabkov, yaşananların hətta soyuq müharibə dövründə belə olmadığını söyləyib.

Ryabkov hazırda nüvə münaqişəsi ilə bağlı çox danışıldığını açıqlayıb və xatırladıb ki, Rusiya nüvə müharibəsində qalibin olmayacağını həmişə bəyan edib.

ABŞ-nin “təxribatçı və ehtiyatsız” şəkildə vəziyyəti bir çox yollarla gərginləşdirməyə çalışdığını deyən Ryabkov, rəqiblərinin Rusiyanı strateji məğlubiyyətə uğratmaq imkanlarına boş yerə inandıqlarını bildirib.

Ryabkov əlavə edib ki, ABŞ-nin Rusiyanın suverenliyi və ərazi bütövlüyünün pozulması halında “hər cür tədbir görmək, hər vasitədən istifadə etmək” əzmini qiymətləndirməməsi “ölümcül səhv” olacaq.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=105979