
ABŞ Nümayəndələr Palatasının üzvlərinin TikTok istifadəsinə qadağa qoydu – SƏBƏB
ABŞ-da Nümayəndələr Palatasının üzvlərinə rəsmi cihazlarda TikTok-dan istifadə etmək qadağan edilib.
Busaat.az xəbər verir ki, Nümayəndələr Palatasının İcraçı Direktorunun Ofisi sözügedən qadağanı Nümayəndələr Palatasının üzvlərinə və işçilərə elektron poçtla elan edib.
Açıqlamada qeyd edilib ki, kibertəhlükəsizlik idarəsi TikTok tətbiqini yüksək təhlükəsizlik riski hesab edib və artıq dövlətə məxsus cihazlarda quraşdırılmış proqramlar silinməlidir.
Federal Təhqiqatlar Bürosunun (FBİ) direktoru Chris Wray TikTok-a nəzarətin Çin hökumətinin əlində olduğunu bildirərək, bunun ABŞ üçün milli təhlükəsizlik narahatlıqlarını artırdığı barədə xəbərdarlıq edib.
Qeyd edək ki, TikTok Əməliyyatlar rəhbəri Vanessa Pappas isə sentyabr ayında ABŞ Senatında keçirilən iclasda Çin hökumətinin tətbiqin məlumatlarına çıxışı olmadığını bildirib.
Busaat.az























