
ABŞ nüvə silahlarının yerləşdiyi zonaya uçuşları BAĞLADI
ABŞ ordusu nüvə silahlarının yerləşdirildiyi Montana ştatına uçuşları müvəqqəti olaraq bağlayıb.
Busaat.az xəbər verir ki, buna səbəb ştatın üzərində anormal radar fəaliyyətinin aşkar edilməsi göstərilib.
Alyaska və Kanada üzərində Çin şarının görülməsindən sonra Şimali Amerika Hava Hücumundan Müdafiə Komandanlığı (NORAD) nüvə silahlarının yerləşdiyi Montana ştatında hərəkətə keçib.
Komandanlığdan verilən açıqlamaya görə, “NORAD, Federal Aviasiya İdarəsi ilə əməkdaşlıq edərək , bölgədə hava hərəkətinin təhlükəsizliyini təmin etmək üçün 11 fevral 2023-cü il tarixindən Montana ştatına müvəqqəti uçuş məhdudiyyəti tətbiq edib”.
Busaat.az























