
ABŞ ordusunda cinsi təcavüz halları artır
2022-ci maliyyə ilində ABŞ ordusunda 8942 “cinsi təcavüz” şikayəti qeydə alınıb.
Busaat.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyi (Pentaqon) 2022-ci maliyyə ili üçün “cinsi təcavüz” hesabatını açıqlayıb.
Müvafiq olaraq, ordudakı əsgərlərdən, mülki personaldan, digər mülki və xarici hərbçilərdən ABŞ əsgərlərinə qarşı cinsi təcavüzə dair 8942 məlumat verilib.
Qeyd olunan məlumatlardan 5941-i müvafiq komanda və asayiş keşikçilərinə təqdim olunduğu halda, 3 min 1-i isə hələlik məxfiliyi açılmamış hal kimi qeydə alınıb, lakin onlara tibbi-psixoloji dəstək göstərilib.
Bildirişlərin 7 min 958-i əsgərlərdən, 44-ü mülki nazirlik personalından, 14-ü müqaviləli personaldan, 698-i digər mülki şəxslərdən, 41-i isə xarici əsgərlərdən olduğu halda, 187 bildirişin mənbəyi göstərilməyib.
2021-ci maliyyə ilində cinsi təcavüz hesabatlarının ümumi sayı 8866 olduğu halda, 2022-ci maliyyə ilində alınan 8942 hesabatdan 3928-i bağlanıb. Bu yekun bildirişlərdən 3188-i müvafiq komandanlıq tərəfindən icra olunub.
Onlardan 2117-si barədə komandanlıq kifayət qədər sübut əldə etdiyi halda, 131-i məhkəmə orqanlarına göndərilib, 40-ı isə əsassız hesab edilib.
Busaat.az























