
ABŞ Perunun sabiq prezidentini ekstradisiya edəcək
ABŞ Perunun sabiq prezidenti Alexandro Toledonu ölkəsinə ekstradisiya edəcək.
Busaat.az xəbər verir ki, bu barədə Perunun Baş Prokurorluğu məlumat yayıb.
Baş Prokuror ABŞ-ın çirkli pulların yuyulması və sövdələşmə ittihamı ilə Toledonun Peruya ekstradisiyasına icazə verdiyini bildirib.
Qeyd edək ki, Toledo Braziliyanın Odebrecht şirkətindən 30 milyon dollardan çox rüşvət almaqda ittiham olunur.
Sabiq prezident 2006-cı ildə vəzifəsini tərk etdikdən sonra ABŞ-da yaşamağa başlayıb.
Ekstradisiya tələbindən sonra 2019-cu ildə ABŞ-da saxlanılan Toledo, 2020-ci ildə Covid-19 epidemiyası səbəbiylə ev dustaqlığına buraxılmışdı.
Busaat.az























