Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin63 448 $▼7.00%
  • Ethereum1 742 $▼9.63%
  • S&P 5007 562▼0.40%
15°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

ABŞ prezidenti Bayden Xirosimada Yaponiya baş naziri Kişida ilə görüşdü

image-kishida_biden_230522
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

ABŞ prezidenti Co Bayden G7 Liderlər Sammitinə ev sahibliyi edəcək Yaponiyanın Xirosima şəhərinə gələrək Yaponiyanın baş naziri Fumio Kişida ilə görüşüb.

Busaat.az xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Bəyanatda deyilir: “İki lider Hind-Sakit Okean regionunda, xüsusən də Şərqi Asiyada status-kvonu güc yolu ilə dəyişdirmək üçün hər hansı birtərəfli cəhdə yol verilməməsi əsasında regional məsələlərlə bağlı fikir mübadiləsi aparıblar”.

G7 sammitinin keçiriləcəyi Xirosima şəhəri İkinci Dünya Müharibəsi zamanı ABŞ-nin 6 avqust 1945-ci ildə atdığı atom bombası nəticəsində dağıdılıb.

Bəyanatda aşağıdakı ifadələr də yer alıb:

“İki lider Çinlə problemlərin həllində yaxından işləməyə davam etmək barədə razılığa gəliblər. İki lider, həmçinin Çin ilə ümumi çağırışlar üzrə əməkdaşlığın vacibliyini bir daha təsdiqləyiblər. Bundan əlavə, onlar Tayvan boğazı boyunca sülh və sabitliyin vacibliyini bir daha vurğulayıblar və boğazlararası problemlərin sülh yolu ilə həllini təşviq ediblər”.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=110126