
ABŞ prezidentini cinsi təcavüzdə günahlandıran qadın Rusiyaya sığındı
ABŞ prezidenti Co Bayden tərəfindən cinsi təcavüzə məruz qaldığını iddia edən Tara Rid Rusiyaya gedərək vətəndaşlıq üçün müraciət edib.
Busaat.az xəbər verir ki, ABŞ prezidenti Baydenin ona cinsi təcavüz etdiyini iddia edən Tara Rid Rusiya mətbuatına açıqlama verib. 59 yaşlı Tara Rid sığındığı Rusiyada özünü “təhlükəsiz hiss etdiyini və qalmaq istədiyini” deyib.
Tara Rid Delaver senatoru olanda Baydenin köməkçisi kimi çalışıb. Rid 1993-cü ildə konqres ofisində işləyərkən ABŞ prezidentinin ona təcavüz etdiyini iddia edib.
2020-ci il ABŞ prezident seçkiləri öncəsi ortaya çıxan iddialardan sonra Co Bayden, “Heç vaxt belə bir şey olmamışdır”, – deyərək iddiaları təkzib edib.
BBC-nin xəbərinə görə, Rid deyib: “Moskvada endikdən sonra ilk dəfə özümü təhlükəsiz hiss etdim. Mən elə yerdəyəm ki, sözlərim eşidiləcək, hörmət ediləcək”.
Tara Rid əlavə edib ki, o, ölkəni tərk etmək qərarını ABŞ-nin respublikaçı siyasətçisinin Ridin təhdid altında olduğunu deməsindən sonra verib: “Mən Rusiya vətəndaşlığı üçün müraciət etmək istəyirəm. Bu, mənim Rusiya Federasiyasından və Prezident Vladimir Putindən xahişimdir. Söz verirəm ki, yaxşı vətəndaş olacağam. Ümid edirəm ki, mən də ABŞ vətəndaşlığımı saxlaya biləcəyəm”.
Busaat.az























