
ABŞ qeyri-qanuni yolla ölkədən çıxardığı 105 qədim əsəri Hindistana qaytarıb
ABŞ Hindistandan qeyri-qanuni yolla çıxarılmış 105 qədim əsəri geri qaytarıb.
Busaat.az xəbər verir ki, bu barədə Hindistanın ABŞ-dəki səfiri Taranjit Sinqh Sandhu məlumat verib.
Məlumata görə, ən qədimi eramızdan əvvələ aiddir.
“105 hind antikvarı evə gəlir. Baş nazir Narendra Modinin səfərindən sonra Nyu-Yorkda Hindistan artefaktlarının bərpasına həsr olunmuş mərasimdə iştirak etməkdən xoşbəxt oldum”, – deyə o bildirib.
Sandhu həmçinin qeyd edib ki, ABŞ və Hindistan mədəni irslə bağlı sazişin hazırlanması üzərində işləyir.
Busaat.az























