Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin67 088 $▼1.66%
  • Ethereum1 902 $▼1.33%
  • S&P 5007 562▼0.40%
17°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

ABŞ qəzeti senator Menendesin erməniəsilli arvadının şübhəli maliyyə əməliyyatlarının təfərrüatlarını açıqlayıb

image-bob-menendes
Bob Menendes
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Qatı ermənipərəst mövqeyi ilə seçilən ABŞ senatoru Bob Menendesin erməniəsilli arvadı 400 min dollar dəyərində qızıl külçələri nağdlaşdırıb.

Busaat.az xəbər verir ki, şübhəli maliyyə əməliyyatının təfərrüatlarını “The New York Post” nəşri təqdim edib.

Nəşr vurğulayıb ki, bu, Menendesin ofisinin Nyu-Cersi ştatının demokratına münasibətdə qarşıdan gələn federal araşdırma ilə bağlı açıq bəyanatı fonunda baş verib.

Məlumata görə, 56 yaşlı Nadin Arslanyan 2022-ci il aprelin 7-dən iyunun 16-dək qızıl satıb. 2020-ci ildə Menendeslə evlənməzdən öncə o, evinin girov qoyulması təhlükəsi ilə üzləşib.

Manhettenin federal prokurorları senatorun və ya onun həyat yoldaşının siyasi loyallıq müqabilində Vaşinqtonda avtomobil və mənzil də daxil olmaqla “dəbdəbəli hədiyyələr” alıb-almadığını müəyyən etmək niyyətindədir. Bu araşdırma senatorla bağlı ikinci araşdırmadır. Bundan öncə senatorun korrupsiya faktlarında iştirakı şübhəsi ilə yoxlamalar aparılıb. Bununla belə, o zaman senator sudan quru çıxmağı bacarıb və uzun sürən istintaq heç bir ittiham olmadan başa çatıb.

Senator olaraq Menendes özünün və ya arvadının 1000 dollardan çox əmlakını bəyan etməlidir.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=119454