
ABŞ qırıcısı Kanada hava məkanında naməlum obyekti vurub
Kanadanın baş naziri Castin Trüdo ABŞ Hərbi Hava Qüvvələrinə məxsus F-22 döyüş təyyarəsinin Yukon bölgəsi üzərində səmada naməlum obyekti zərərsizləşdirdiyini açıqlayıb.
Busaat.az xəbər verir ki, Kanadanın baş naziri Castin Trüdo hadisə ilə bağlı tvitter hesabında paylaşım edib.
“Kanadanın hava məkanını pozan naməlum obyektin vurulmasını əmr etdim. Şimali Amerika Aerokosmik Müdafiə Komandanlığı (NORAD) Yukon üzərindəki obyektə zərbə endirib. Kanada və ABŞ təyyarələri havaya qalxaraq naməlum obyekti uğurla vurdu. Mən prezident Baydenlə danışdım. Kanada Qüvvələri indi obyektin dağıntılarını çıxaracaq və təhlil edəcək. Şimali Amerikanı izləməyə davam etdiyi üçün NORAD-a təşəkkür edirəm”, – o, bildirib.
Qeyd edək ki, ABŞ Hərbi Hava Qüvvələrinə məxsus F-22 qırıcı təyyarəsi bir müddət əvvəl Alyaska səmasında naməlum obyekti zərərsizləşdirmişdi.
Busaat.az























