
ABŞ qışda da Ukraynaya silah və yardımı davam etdirəcək - Ostin
“ABŞ qışda da Ukraynaya silah və digər məsələlərdə yardımını davam etdirmək niyyətindədir”.
Busaat.az xəbər verir ki, bu sözləri Pentaqon rəhbəri Lloyd Ostin bildirib.
Onun sözlərinə görə bu yardım Kiyevə Rusiyaya qarşı mübarizədə üstünlüyü saxlamağa kömək edəcək.
Qeyd edək ki, ABŞ Ukraynaya bu günə qədər 18, 6 milyard dollar dəyərində silah və texnika verib.























