
ABŞ Rusiya ilə strateji hücum silahlarını müzakirə etməyə hazırdır
ABŞ prezidenti Co Baydenin administrasiyası Rusiyanın bu yaxınlarda iştirakını dayandırdığı Strateji Hücum Silahlarının Azaldılması və Məhdudlaşdırılması Müqaviləsini müzakirə etmək üçün rus tərəfdaşları ilə görüşməyə hazır olduğunu bildirib.
Busaat.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.
“Biz müqavilə və nüvə sabitliyi ilə bağlı məsələləri müzakirə etmək üçün Rusiya ilə görüşməyə hazırıq”, – ABŞ rəsmisi bildirib.
ABŞ administrasiyası da əsas silahlara nəzarət tədbirləri üzərində işləməyə hazır olduğunu açıqlayıb.
Qeyd edək ki, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Federal Məclisə müraciətində bildirib ki, Moskva bu il imzalanmış “Rusiya Federasiyası ilə ABŞ arasında strateji hücum silahlarının azaldılması və məhdudlaşdırılması haqqında müqavilə”də iştirakını dayandırır.























