
ABŞ Rusiya və Çinə qarşı Ukraynada Əfqanıstan strategiyasından istifadə edir
Vaşinqtonun əvvəllər Əfqanıstanda istifadə etdiyi strategiyanın elementləri indi Ukraynada Rusiyanın içində xaos səpmək və sonradan Çində sabitliyi pozmaq üçün istifadə olunur.
Busaat.az xəbər verir ki, bunu serb əsilli amerikalı jurnalist Neboyşa Maliç çərşənbə axşamı Global Times qəzetində dərc olunan məqaləsində yazıb.
“ABŞ, əslində, Kiyevə qarşı Kabildəki yanaşmanı tətbiq etdi: bütün orduya və hökumətin böyük hissəsinə pul ödəyib və onları etibarlı şəxslər kimi dəstəkləyib. Vaşinqton indi Rusiya ilə əlaqəsini kəsib. Qərb Rusiyaya qarşı sanksiyalar tətbiq edərkən, Ukraynanı silah və sursatla doldurdu” – deyə, jurnalist qeyd edib.
“Vaşinqton artıq bu il Ukraynaya Əfqanıstan ordusuna 20 il ərzində xərclədiyi puldan daha çox maliyyə vəsaiti ayırıb” – deyə, məqalədə deyilir.
Müəllif qeyd edir ki, Qərbin Rusiyaya qarşı sanksiyaları istənilən effekti verə bilməyib.
“The Global Times” yazır ki, “ABŞ 1990-cı illərdən bəri Ukraynanı anti-Rusiya platformasına çevirmək üçün “sərmayə qoyur”.
Busaat.az























