
ABŞ Rusiyanı danışıqlara çağırdı: "Şərtlər Zelenskinin təşəbbüsü ilə olmalıdır"
ABŞ Rusiya və Ukrayna arasında danışıqlara ümid edir.
Busaat.az xəbər verir ki, bunu ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Culian Smit bildirib.
Julianne Smith İtaliyanın “Corriere della Sera” qəzetinə deyib ki, şərtlər Ukrayna prezidenti Vladimir Zelenskinin təşəbbüsü ilə olmalıdır.
“Biz ümid edirik ki, gələcəkdə danışıqlar prosesi olacaq. Prezidentimiz Co Bayden münaqişəyə razılıq əldə etməklə son qoyulmalı olduğunu söylədi, lakin biz istəyirik ki, prezident Zelenski danışıqlarda hansı şərtlərlə oturacağına qərar vermək səlahiyyətində olsun” – deyə, Smit qeyd edib.
Smitin sözlərinə görə, Ukrayna sərhədlərinə hörmət etmək bu şərtlərdən biridir.
Rusiyanın istədiyi təqdirdə sabah münaqişəyə son verə biləcəyini ifadə edən Smit, NATO və ABŞ-ın Ukrayna ilə eyni hərbi strategiyanı paylaşdığını və Ukraynanın hərbi komandanlığı ilə gündəlik təmasda olduqlarını bildirib.
Busaat.az























