
ABŞ Rusiyanı Yeni START-a qaytarmaq istəyir - Sergey Ryabkov
Vaşinqton Moskvanı strateji Yeni START müqaviləsi çərçivəsində danışıqlara qaytarmaq üçün səylərini artırıb.
Busaat.az xəbər verir ki, bu sözləri Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.
Ryabkov bildirib ki, Rusiya qanun qəbul edib və Moskva bu barədə ABŞ-ı xəbərdar edib. Onun sözlərinə görə, Rusiyanın Yeni START-a qayıtması “yalnız Vaşinqton Rusiyaya qarşı kursunu yenidən nəzərdən keçirərsə” reallaşa bilər.
Qeyd edək ki, Putin martın 1-də Rusiyanın New START-da iştirakını dayandıran qanunu imzalayıb.
Busaat.az























