
ABŞ Senatı müdafiə büdcəsini təsdiqlədi
ABŞ Senatı müdafiə büdcəsini (NDAA) təsdiqləyib.
Busaat.az xəbər verir ki, müdafiə büdcəsi 858 milyard dollarlıq müdafiə xərclərinə icazə verəcək ki, bu da prezident Co Baydenin təklif etdiyindən 45 milyard dollar çoxdur.
Senatorlar NDAA-nı 83 lehinə, 11 əleyhinə olmaqla səs çoxluğu ilə dəstəkləyiblər.
Səsvermələrə daim artan hərbi büdcəyə etiraz edən liberallar və xərclərə nəzarətin gücləndirilməsini istəyən fiskal mühafizəkarlar etiraz ediblər.























