
ABŞ Senatında Türkiyə TƏXRİBATI: “F-16 satışının qarşısını alacağam”
Türkiyə ilə Yunanıstan arasında gərginlik davam edərkən, Ankaranın ABŞ-dan F-16 və modernizasiya dəstləri alması ilə bağlı ABŞ senatoru Bob Menendez təxribat fikirlər səsləndirib.
Busaat.az xəbər verir ki, anti-Ankara açıqlamaları ilə tanınan, Yunan lobbisinin ABŞ-dakı ən önəmli nümayəndələrindən biri olan amerikalı senator Bob Menendez yeni açıqlamalar verib.
ABŞ Senatında Xarici Əlaqələr Komitəsinin sədri vəzifəsini də icra edən Menendez Ərdoğanın dekabrın 11-də “Afina sakit dayanmasa, zərbə endirəcəyik” açıqlamasını gündəmə gətirib. Senatda çıxış edən Menendez Ərdoğanın açıqlamaları ilə bağlı, “Bu, təkcə narahatedici açıqlama deyil, həm də qəbuledilməzdir” – deyə, bildirib..
Menendez çıxışı zamanı Ərdoğanın Rusiya prezidenti Vladimir Putin və İran prezidenti İbrahim Rəisi ilə fotosunu da nümayiş etdirib: “Ərdoğanın ölkəsindəki repressiyaları ilə yanaşı, diplomatik siyasəti də son dərəcə qorxuncdur. Amma bir şey aydındır: ABŞ Ərdoğanın addımlarını ciddi qəbul etməlidir. Ərdoğan beynəlxalq hüququ pozduqda onu cavablandırmalıyıq”.
Busaat.az























